Leonid Qozmana 10 illik həbs cəzası verildi
Siyasətçi Leonid Qozman terror təbliğatı səbəbindən 10 il həbs edilib.
Crossmedia.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiyada “xarici agent” kimi qeydiyyatda olan və Rosfinmonitorinq tərəfindən terrorçu və ekstremistlərin siyahısına daxil edilmiş siyasətçi Leonid Qozman qiyabi olaraq 10 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə qərarına əsasən, Qozman cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək və əlavə olaraq 5 il müddətinə internet saytlarını idarə etmək hüququndan məhrum olunacaq.
Cinayət işi Qozmanın Rusiyada terror fəaliyyətinə çağırdığı müsahibə əsasında açılıb. Müstəntiqlər həmin müsahibədə terror təbliğatına dair sübutlar tapıblar.
Nəzrin Abbas
16:24 14.11.2025
Oxunuş sayı: 1506