Ukraynada korrupsiya qalmaqalı Avropa ilə münasibətlərə təsir edir
Ukraynada hökumətin yüksək eşelonlarında korrupsiya ilə bağlı açıqlanan xəbərlər həm əhali, həm də Avropanın siyasi dairələri arasında hiddət doğurub.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Prezident Vlodimir Zelenskinin əleyhdarları onun hərbi əməliyyatları idarə etmək hüququna şübhə edir.
Nəşrin yazdığına görə, qalmaqal Ukrayna cəmiyyətində döyüşə qatılmaq istəyənlərin sayını azaldır və əhali arasında ruhdan düşməyə səbəb olur. Eyni zamanda, əsas təhlükə kimi Avropa İttifaqının (Aİ) məyusluğu göstərilir. Aİ çətin iqtisadi vəziyyətlə üzləşdiyi üçün Kiyevin hərbi ehtiyaclarını maliyyələşdirmək çətinləşir. Qlobal korrupsiya xəbərləri Avropada ukraynayönlü sözçülərin mövqeyini zəiflədə, maliyyələşmənin azalmasına və ya Kiyev üzərinə yeni öhdəliklərin qoyulmasına səbəb ola bilər.
Nəzrin Abbas
15:30 14.11.2025
Oxunuş sayı: 1390