Agentlik: Peşə təhsilinə qəbul 2011-ci ildən bəri 113% artıb
Peşə təhsilinə qəbul olunanların sayı 2011-ci ildən bəri 113 faiz artıb.
Crossmedia.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsini icra edən Simnar Mamedov "Bir peşənin sirri" festivalında deyib.
Onun sözlərinə görə, 2025-2026-cı tədris ilində 27 mindən çox tələbə peşə təhsilinə qəbul olunub:
"Bu da göstərir ki, peşə təhsilinə maraq artmaqdadır. 2027-2030-cu illərdə peşə təhsilinin genişlənməsi və əmək bazarındakı artan tələbat nəzərə alınaraq peşə təhsilinə olan tələbatın daha da artacağı proqnozlaşdırılır".
S.Mamedov həmçinin bildirib ki, hazırda ilkin peşə təhsili müəssisələrinin tikilməsi və təmiri üzrə layihələr həyata keçirilir:
"Peşə təhsilinin infrastrukturunun əsaslı təmiri davam edir".
11:35 14.11.2025
Oxunuş sayı: 1348