Fransa kosmik müdafiəyə əlavə 4,2 milyard avro ayıracaq
Fransa Prezidenti Emmanuel Makron yaxın illərdə ölkənin kosmik müdafiə sahəsinə ayrılan xərclərin artırılacağını bildirib. Bu məqsədlə dövlət büdcəsindən əlavə 4,2 milyard avro vəsait ayrılacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Makron Tuluza şəhərində yerləşən Kosmonavtika və Aviasiya Mərkəzində çıxışı zamanı məlumat verib. Onun sözlərinə görə, müasir dövrdə münaqişələr artıq kosmosda da baş verir və “sabahın müharibəsi məhz orada başlayacaq”.
Dövlət başçısı həmçinin iddia edib ki, Rusiya kosmosda Fransa peyklərinə casusluq edir və bu istiqamətdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Türkan Kərimli
11:25 13.11.2025
Oxunuş sayı: 1358