Ermənistanda podkast aparıcıları və müxalifət liderləri saxlanılıb
Ermənistanda “İmnemnimi” podkastının aparıcılarının evlərinə polis əməliyyatı keçirilib. Bu hadisə eks-prezident Serj Sarkisyanın müsahibəsi yayımlandığı vaxt baş verib. Müxalifət üzvləri Narek Samsonyan və Vazgen Sagatelyan saxlanılıb, məlumatı onların vəkili Ruben Melikyan və Ermənistan KİV-ləri təsdiqləyir.
Crossmedia.az xəbər verir ki, vəkilin sözlərinə görə, onlara “xuliqanlıq” maddəsi ilə ittiham irəli sürülüb. Ermənistanın İstintaq Komitəsi bildirir ki, müxalifət liderlərinin evlərində cinayət işi çərçivəsində təxirəsalınmaz istintaq tədbirləri aparılıb.
Eyni zamanda, sosial şəbəkələrdə Samsonyanın polis tərəfindən saxlanılma anının videosu yayımlanıb. Sagatelyan isə özü yazıb ki, maskalı hüquq-mühafizəçilər onun evinə daxil olublar.
11:13 13.11.2025
Oxunuş sayı: 1292