Özbəkistan və ABŞ arasında yeni biznes və investisiya şurası yaradılacaq
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ABŞ-la iqtisadi əməkdaşlığı gücləndirmək məqsədilə Amerika–Özbəkistan Biznes və İnvestisiya Şurasının yaradılması barədə fərman imzalayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Özbəkistan mediası məlumat yayıb. Məlumata görə, yeni şura iki ölkə arasında ticarət və investisiya əlaqələrinin inkişafına, eləcə də birgə layihələrin həyata keçirilməsinə töhfə verəcək.
Sənədə əsasən, ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (DFC), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və Asiya İnkişaf Bankının (ADB) iştirakı ilə investisiya fondu formalaşdırılacaq. Fond Özbəkistan iqtisadiyyatında strateji layihələrin maliyyələşdirilməsini təmin edəcək.
Türkan Kərimli
19:40 12.11.2025
Oxunuş sayı: 1691