Zəngəzurda sərhədlərin vaxtından əvvəl müəyyənləşdirilməsi müzakirə olunur — Ermənistan hökuməti
Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan bildirib ki, Zəngəzur bölgəsində TRIPP layihəsinin (Beynəlxalq Sülh üçün Tramp Marşrutu) həyata keçirilməsini sürətləndirmək məqsədilə növbədənkənar delimitasiya aparıla bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Qriqoryanın sözlərinə görə, Vaşinqton Bəyannaməsinin imzalanmasından sonra marşrut üçün nəzərdə tutulan infrastrukturun yerləşdirilməsi ilə bağlı danışıqlar daha konkret xarakter alıb.
O qeyd edib ki, TRIPP layihəsi üzrə danışıqlar ayrı aparılsa da, ümumi sərhədin müəyyənləşdirilməsi prosesi plan üzrə davam edəcək.
Türkan Kərimli
19:35 12.11.2025
Oxunuş sayı: 1798