İran, Çin və Rusiya nümayəndələri Qrossi ilə görüşüb
Dünən İran, Çin və Rusiyanın beynəlxalq təşkilatlardakı daimi nümayəndələri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi və onun komandası ilə görüş keçiriblər.
Crossmedia.az xəbər verir ki, Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov bununla bağlı məlumatı “X” hesabında paylaşaraq bildirib ki, görüşdə tərəflər AEBA-nın İdarə Heyətinin qarşıdan gələn iclası ilə bağlı fikir mübadiləsi aparıblar.
Görüşün detalları açıqlanmasa da, müzakirələrin əsasən nüvə proqramları və agentliyin gündəmində olan məsələlər ətrafında aparıldığı bildirilir.
17:38 12.11.2025
Oxunuş sayı: 1462