Hizbullah komandirləri şəxsiyyətlərini gizlətmək üçün plastik əməliyyat keçiriblər
Hizbullahın yüksək rütbəli hərbçilərindən bir neçəsi, şəxsiyyətlərini gizlətmək üçün plastik əməliyyat keçirib. Onların arasında keçən il İsraillə müharibədə yaralananlar da var.
Crossmedia.az “Əl-Hədəs” telekanalına istinadən xəbər verir ki, məlumatlara görə, bu əməliyyatlar İraq və İranda baş tutub, əməliyyatlara isə SEPAH nəzarət edib.
Hizbullahın bəzi komandirləri, müalicə üçün İraqa və İrana getmək imkanı tapmayıb və Livanda Hizbullahın öz klinikalarında əməliyyat olunublar.
İsrailin son hücumları nəticəsində yaralanan komandirlər, özlərini gələcək təhlükələrdən qorumaq məqsədilə üzlərində plastik əməliyyatlar etdiriblər.
Mənbələrə görə, bəzi komandirlər, hətta yaralanmadığı halda belə, ehtiyat məqsədi ilə əməliyyata müraciət ediblər.
17:36 12.11.2025
Oxunuş sayı: 1645