Tramp: İranın nüvə potensialının məhv edilməsi heyrətamiz əməliyyat idi
Dünən ABŞ-də Veteranlar Günü münasibətilə Vaşinqton yaxınlığındakı Arlinqton qəbiristanlığında çıxış edən prezident Donald Tramp, amerikalı veteranların şərəfinə keçirilən mərasimdə önəmli açıqlama verib.
Crossmedia.az xəbər verir ki, Tramp, İranın nüvə potensialının məhv edilməsini yüksək qiymətləndirib və bunu “heyrətamiz əməliyyat” olaraq xarakterizə edib.
Prezident çıxışında, “Pilotlarımız 37 saat uçdu və İranın nüvə obyektlərini tamamilə məhv edə bildilər. Bu, heyrətamiz bir əməliyyat idi,” deyə bildirib.
17:33 12.11.2025
Oxunuş sayı: 1345