Türkiyə XİN rəhbəri ABŞ rəsmisi ilə İranla bağlı müzakirə aparıb
Dünən Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-yə səfəri zamanı prezident Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkofla Fələstin, İran və Rusiya-Ukrayna müharibəsi kimi əsas regional məsələləri müzakirə etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Fidan görüşdən sonra açıqlamasında deyib ki, tərəflər Fələstində atəşkəslə bağlı hələ də həll olunmamış məsələləri və bu istiqamətdə atıla biləcək addımları nəzərdən keçiriblər.
Nazir, habelə, Ukrayna müharibəsinin sona çatdırılması yolları və bu prosesdə Türkiyənin rolu barədə də ətraflı fikir mübadiləsi aparıldığını qeyd edib.
Fidan əlavə edib ki, ABŞ-nin İranın nüvə proqramına dair mövqeyi də danışıqların əsas mövzularından biri olub. O, bu məsələnin bölgəyə təsirinə görə koordinasiyalı addımların vacibliyini vurğulayıb.
17:23 12.11.2025
Oxunuş sayı: 1130