Kürdüstan Demokrat Partiyası seçkilərdə bir milyonu keçib
İraqda keçirilən altıncı parlament seçkilərinin ilkin nəticələrinə görə, Kürdüstan Demokrat Partiyası (KDP) bir milyondan çox səs toplayıb və səslərin sayı artmaqda davam edir.
Crossmedia.az xəbər verir ki, Kürdüstan Demokrat Partiyasının (KDP) sədr müavini Məsrur Bərzani parlament seçkilərində “bir milyon səsi keçdiklərinə görə” partiyasının tərəfdarlarına təşəkkür edib.
09:39 12.11.2025
Oxunuş sayı: 1439