Husilər Qırmızı dənizdə hücumları müvəqqəti dayandırdı
“Ənsar Allah” hərəkatı (husilər) Qəzzada elan olunan atəşkəs çərçivəsində Qırmızı dənizdə İsrailə və beynəlxalq gəmiçiliyə qarşı hücumlarını müvəqqəti dayandırıb.
Crossmedia.az xəbər verir ki, hərəkatın Baş Qərargah rəisi Əl-Mədəni HƏMAS rəhbərliyinə yazdığı məktubda atəşkəsin qorunmasının vacib olduğunu bildirib.
O əlavə edib ki, əgər düşmən Qəzzaya qarşı təcavüzü bərpa edərsə, Husilər əməliyyatları dərhal bərpa edəcək və qadağanı yenidən tətbiq edəcəklər.
Səriyyə Tağıyeva
21:33 11.11.2025
Oxunuş sayı: 1738