Ərdoğan: Allah şəhidlərimizə rəhmət eləsin
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan yola düşən hərbi təyyarənin Gürcüstanda qəzaya uğraması barədə açıqlama verib.
Crossmedia.az xəbər verir ki, o, qəza nəticəsində hərbçilərin şəhid olduğunu bildirib və onlara rəhmət diləyib.
Qeyd edək ki, Gəncədən Türkiyəyə yola düşən C130 hərbi yük təyyarəsi Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb.
Səriyyə Tağıyeva
20:03 11.11.2025
Oxunuş sayı: 6259