Lavrov: Moskva ABŞ ilə sammitin hazırlığını müzakirə etməyə hazırdır
Rusiya ABŞ ilə Rusiya və ABŞ liderləri — Vladimir Putin və Donald Tramp arasında sammitin hazırlıqlarının bərpasını müzakirə etməyə hazırdır.
Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov müsahibəsində bildirib.
Crossmedia.az bu barədə Rusiya KİV-nə istinadən xəbər verir.
“Biz amerikalı həmkarlarımızın bizə qarşı səsləndirdiyi, guya haradasa yerin altında gizli fəaliyyət göstərdiyimizlə bağlı şübhələri müzakirə etməyə hazırıq. Eyni zamanda, onların təklif etdiyi Rusiya–ABŞ liderləri sammitinin hazırlıq işlərinin bərpasını da müzakirə etməyə hazırıq,” – deyə Lavrov vurğulayıb.
Nazir həmçinin qeyd edib ki, Putin və Trampın görüşü üçün Budapeşt Rusiya üçün üstün məkan hesab olunur.
Günel Verdiyeva
19:20 11.11.2025
Oxunuş sayı: 1006