Ərdoğan: Qəzaya uğrayan təyyarənin qalıqlarının axtarışı davam edir
Qəzaya uğrayan təyyarənin qalıqlarını aşkarlamaq üçün axtarışlar davam edir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyəyə məxsus hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğraması haqda danışan Prezident Rəcəb Tayyib Ərdoğan deyib.
O, Türkiyənin bu qəzadan da minimum itki ilə çıxacağına ümid etdiyini bildirib:
"Təyyarəmizin qəzaya uğradığını öyrəndik. Ölkənin müvafiq qurumlarının təyyarənin qalıqlarını aşkarlamaq üçün axtarışları davam edir. İnşallah, bu qəzadan minimum itki ilə çıxarıq. Rəbbim şəhidlərimizə rəhmət eləsin, dualarımız onlarladır".
17:40 11.11.2025
Oxunuş sayı: 1129