Tramp ABŞ-nin bu Avropa ölkəsinə qarşı güclü zərbə endirəcəyini açıqlayıb
ABŞ Prezidenti Donald Tramp 2025-ci ilin avqustunda Avropa ölkəsinə tətbiq etdiyi 39 faizlik tariflərin İsveçrə ilə danışıqlar nəticəsində azaldıla biləcəyini açıqlayıb.
Crossmedia.az CNBC-ə istinadən xəbər verir ki, ABŞ və İsveçrə hökumətləri yaxın gələcəkdə tarifləri 15 faizə endirmək üçün saziş imzalamağa yaxındırlar.
Tramp bildirib ki, ABŞ İsveçrəyə güclü zərbə vurub, lakin bundan sonra da yaxşı iş görmək və etibarlı müttəfiq olmaq niyyətindədir.
Danışıqlara yaxın mənbələr qeyd ediblər ki, razılıq bir neçə həftə ərzində əldə edilə bilər. İsveçrənin İqtisadiyyat naziri Qay Parmelin vəziyyəti şərh etməkdən imtina edib, lakin ABŞ-ın müvafiq orqanları və Ticarət Nümayəndəsi Jamieson Greer ilə daimi əlaqədə olduğunu bildirib.
ABŞ tarifləri İsveçrədə saat, zərgərlik, maşın, şokolad, elektronika, kimya və əczaçılıq məhsulları kimi əsas ixrac mallarında çaşqınlıq yaradıb. Breitling saat istehsalçısının baş direktoru CNBC-yə bildirib ki, tarif İsveçrə üçün dəhşətlidir.
Qeyd olunur ki, 2025-ci ilin sentyabr ayında İsveçrə dəbdəbəli saatlarının xarici bazarlara ixracı 3,1 faiz azalıb.
Nəzrin Abbas
17:26 11.11.2025
Oxunuş sayı: 1321