İranın neft ixracı 2018-ci ildən bəri rekord həddə çatıb
İranın neft ixracı son illərin ən yüksək səviyyəsinə qalxıb. TankerTrackers məlumatına görə, ölkə gündəlik 2 milyon bareldən çox neft ixrac edir.
Crossmedia.az bildirir ki, ABŞ-nin tətbiq etdiyi sanksiyalara baxmayaraq, İranın neft tədarükü artmaqda davam edir. Hesab edirlər ki, bu artım həm regional, həm də qlobal enerji bazarına təsir göstərə bilər.
11:13 11.11.2025
Oxunuş sayı: 1805