Tramp Ərdoğanı "böyük lider" adlandırıb
ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı "böyük lider" adlandırıb.
Crossmedia.az xəbər verir ki, Tramp Türkiyənin Suriyadakı hadisələrdə mühüm rolunu vurğulayıb və Vaşinqtonun bu prosesi dəstəklədiyini bildirib.
Tramp Ərdoğanı "çox güclü ordusu" olan bir lider kimi xarakterizə edib və: "Türkiyə bu məsələdə əsas ölkədir", - deyib.
09:39 11.11.2025
Oxunuş sayı: 1364