Sabiq erməni prezident: İrəvanda təşviş hissi olmayıb, hətta cəsədləri gecikdirirdilər ki, yalan ifşa olmasın
“Nəhayət geri çəkilən ordu komandirləri qəhrəman adları alırdı. Siz düşünürsünüz ki, bununla döyüş qabiliyyətini təşviq edirsiniz? Əslində siz məğlubiyyəti təşviq edirsiniz”.
Crossmedia.az xəbər verir ki, bu barədə bu gün TV5-ə verdiyi müsahibəsində Ermənistanın ikinci prezidenti Robert Köçəryan bildirib.
Onun sözlərinə görə, “qələbə qazanacağıq” şüarı altında yayılan yalan ordunu məhv edirdi.
“Bu, çoxlu sayda təxribatçıların olmasının ən böyük səbəbi idi. İnsanlar cəbhədə nə baş verdiyini görürdülər, yaxınlarına zəng edirdilər, yaxınları isə sevinc içində idilər ki, biz qalib gəlirik. İrəvanda isə həmin təşviş hissi olmayıb, hətta cəsədləri gecikdirirdilər ki, buradakı yalan ifşa olmasın. Qarabağ müharibəsinin birinci mərhələsində belə yalan informasiyalar olmurdu. Bir kəndi itirmişiksə, bunu elan edirdik və hamı bilirdi”, - deyə o bildirib.
Köçəryan qeyd edib ki, müharibə başlayandan sonra iki həftə Qarabağda olub və geri dönüb, çünki orada heç kəsin ona ehtiyacı olmadığını görüb.
“Bizim təklifimiz belə idi ki, hər kəs bir istiqaməti götürsün və faydalı olmağa çalışsın. İki həftə ərzində bunu etməyə çalışdıq. Orada “üçüncü prezident”, Bako Sahakyan və Arkadi Qukasyan (hərbi cinayətlərdə ittiham edilən erməniəsilli şəxslər-red.) da var idi. Bir cür natamamlıq hissi idi, ərazinin itirildiyini görürsən, demək olar ki, heç nə edilmir və prosesə heç cür təsir edə bilmirsən. Buna görə də getdim. Orada oturmaq mənasız idi”, - deyə o bildirib.
Köçəryan xatırladıb ki, müharibənin 2-ci, 3-cü günlərində bütün əhali köçürülmüşdü.
“Hətta dərinlikdə yerləşən kəndlərdə belə vəziyyət belə idi, buna ehtiyac yox idi. Bu, təşviş və Qarabağın təhvil verilməsi əhval-ruhiyyəsi yaradırdı. Bu mənasız idi. Bu da problem idi. Demək olar ki, düzgün heç nə etməyiblər”, - deyə o əlavə edib.
09:03 10.11.2025
Oxunuş sayı: 1337