Mərkəzi Asiya Rusiya orbitindən çıxır: Tramp regionda yeni geosiyasəti möhkəmləndirir
Ağ Evdə keçirilən tarixi sammit Mərkəzi Asiyanın Rusiya təsir dairəsindən tam çıxmasının simvoluna çevrildi. ABŞ-la Özbəkistan arasında 35 milyard dollarlıq sazişin imzalanması və Qazaxıstanın Donald Trampı “böyük lider” adlandırması artıq diplomatik etiketi deyil, yeni geosiyasi reallığın qəbulunu göstərir.
Crossmedia.az bildirir ki, Moskva onilliklər boyu regionu enerji, təhlükəsizlik və sovet keçmişinə nostalji üzərindən nəzarətdə saxlayırdı. Lakin bu gün Rusiya yalnız durğunluq və qorxu təklif edir. Vaşinqton isə kapital, texnologiya və suverenliyə hörmət təqdim edir. Məhz bu fərq Mərkəzi Asiyanın seçimində həlledici rol oynayıb.
Tramp siyasi realizm ruhunda Rusiyanın anlamadığı bir həqiqəti dərk edib: dünya artıq güc deyil, imkanlar üzərindən dəyişir. Mərkəzi Asiya “böyük qardaş” axtarışında deyil — o, tərəfdaş axtarır və bu tərəfdaşı ABŞ-da tapıb.
Beləliklə, postsovet dövrü başa çatır. Yeni dünya nizamında Mərkəzi Asiya imperiyaların periferiyası olmaqdan çıxaraq, öz resursları, marşrutları və qərarları ilə XXI əsrin konturlarına təsir göstərə bilən müstəqil oyunçuya çevrilir.
11:26 07.11.2025
Oxunuş sayı: 1572