Donald Tramp “Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu”nu elan edib
ABŞ Prezidenti Donald Tramp “Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu” (TRIPP) adlı yeni təşəbbüsdən bəhs edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Donald Tramp Ağ Evin canlı yayımı zamanı C5+1 formatında keçirilən görüşdəki çıxışında bildirib.
Tramp qeyd edib ki, bu tarixi razılaşma yeni nəqliyyat marşrutunun inşasını nəzərdə tutur və onun şərəfinə adlandırılıb. “Bu, həqiqətən də gözəl bir şeydir. Onu mənim şərəfimə adlandırıblar və mən bunu çox yüksək qiymətləndirirəm. Bu, beynəlxalq sülh naminə böyük bir hadisədir,” – deyə o vurğulayıb.
Prezidentin sözlərinə görə, yeni marşrut dünyanın ən mühüm və iqtisadi baxımdan əhəmiyyətli regionlarından keçəcək. Bu yol Xəzər dənizinin o biri sahilində ticarət əlaqələrinin genişlənməsinə və Mərkəzi Asiya ölkələrinin iqtisadi inkişafına töhfə verəcək.
“Mən nikbinəm və inanıram ki, bu gün burada iştirak edən hər bir ölkə, bu razılaşma ilə açdığımız imkanlardan istifadə edərsə, sülhdən faydalanacaq,” – deyə Donald Tramp qeyd edib.
Fidan Quliyeva
11:12 07.11.2025
Oxunuş sayı: 1318