IJF Azərbaycanın 2026-cı il dünya çempionatını qəbul edəcəyi barədə məqalə yayımlayıb
Beynəlxalq Cüdo Federasiyasının (IJF) saytında Azərbaycanın gələn il cüdo üzrə dünya çempionatına ev sahibliyi edəcəyi barədə məqalə dərc olunub.
Crossmedia.az xəbər verir ki, yazıda paytaxt Bakının 2026-cı ildə keçiriləcək mundialı qarşılşamağa hazırlaşdığı bildirilib.
Qeyd olunur ki, mundial hər il dünyanın ən güclü cüdoçularını bir araya gətirir: on dörd çəki dərəcəsində fərdi mübarizə aparılır, proqramın ən çox gözlənilən hissələrindən biri olan qarışıq komanda yarışı isə turnirə xüsusi rəng qatır.
2025-ci ildə Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatından sonra daha bir böyük cüdo mərkəzi – Bakı – dünyanın diqqət mərkəzində olacaq. Dünya səviyyəli cüdoçular yetişdirməsi ilə tanınan Azərbaycan 2026-cı ildə yenidən dünya cüdosunun paytaxtı olacaq. Bakı son olaraq 2018-ci ilin sentyabrında bu yarışa ev sahibliyi etmiş, həmin turnir möhtəşəm ab-havası və yüksək səviyyəli çıxışlarla yadda qalmışdı.
18:50 27.10.2025
Oxunuş sayı: 1558