"Sabah"ın U-12 komandası Türkiyədə beynəlxalq turnirin qalibi olub
"Sabah"ın U-12 komandası Türkiyənin Antalya şəhərində keçirilən "Antalya Friendship Cup" turnirinin qalibi olub.
Bu barədə Crossmedia.az-a paytaxt klubunun mətbuat xidmətindən məlumat verilib.
Qrup mərhələsini birinci pillədə başa vuran Məhərrəm Müslümzadənin baş məşqçisi olduğu komanda, yarımfinalda Litvanın "Margiris", finalda isə Rusiyanın "Yunayted Yekaterinburq" komandasını məğlub edib.
18:58 26.10.2025
Oxunuş sayı: 1184