Azərbaycan Basketbol Liqasında IV tura yekun vurulub
Azərbaycan Basketbol Liqasının IV turuna yekun vurulub.
Crossmedia.az xəbər verir ki, turun son oyununda "Şəki" evdə NTD ilə qarşılaşıb.
Şəki Olimpiya İdman Kompleksində baş tutan A qrupunun matçında meydan sahibləri qələbə qazanıb - 88:81.
Qeyd edək ki, əvvəlki matçlarda "Sabah" "Gəncə"ni (87:68), "Lənkəran" "Quba"nı (102:87), "Ordu" "Sumqayıt"ı (116:81), "Abşeron Lions" "Neftçi"ni (100:95), "Naxçıvan" "Sərhədçi"ni (76:69) məğlub edib.
15:57 26.10.2025
Oxunuş sayı: 1524