Azərbaycan Basketbol Liqası: "Neftçi" "Abşeron Lions"a uduzub
Azərbaycan Basketbol Liqasında IV turun daha bir oyunu keçirilib.
Crossmedia.az xəbər verir ki, günün ikinci qarşılaşmasında "Abşeron Lions" "Neftçi" ilə üz-üzə gəlib.
A qrupunun qarşılaşması "Abşeron Lions"un qələbəsi ilə yekunlaşıb - 100:95.
Günün ilk matçında "Naxçıvan" "Sərhədçi"ni üstələyib - 76:69.
Qeyd edək ki, tura oktyabrın 26-da yekun vurulacaq. Əvvəlki matçlarda "Sabah" "Gəncə"ni (87:68), "Lənkəran" "Quba"nı (102:87), "Ordu" "Sumqayıt"ı (116:81) məğlub edib.
19:58 25.10.2025
Oxunuş sayı: 1259