"Qarabağ"ın futbolçusu: Avrokubokların tarixinə düşmək mənim üçün xoş sürpriz oldu
Avrokubokların tarixinə düşmək "Qarabağ"ın futbolçusu Leandro Andrade üçün xoş sürpriz olub.
Crossmedia.az xəbər verir ki, yarımmüdafiəçi bu barədə klubun rəsmi saytına açıqlama verib.
L.Andrade UEFA turnirlərində üç fərqli matçın ilk dəqiqəsində fərqlənməsi ilə bağlı fikirlərini bölüşüb:
"Açığı, təəccübləndim. Oyundan sonra xəbərləri görənə qədər bu rekordu qırdığımı bilmirdim. Bu, mənim üçün xoş bir sürpriz oldu. Belə bir nəticə əldə etdiyimə görə şadam. Həmin gün daha yaxşı ola biləcək yeganə şey oyunu qazanmaq olardı".
Qeyd edək ki, Kabo-Verdeli futbolçusu son olaraq İspaniyada "Atletik"ə uduzduqları (1:3) UEFA Çempionlar Liqası matçının ilk dəqiqəsində rəqib qapısına yol tapıb. O, əvvəlki mövsümlərdə İsveçin "Hakken" və Rumıniyanın FCSB kollektivi ilə qarşılaşmaların birinci dəqiqəsində adını tabloya yazdırıb.
17:08 25.10.2025
Oxunuş sayı: 1356