Premyer Liqanın IX turunda "İmişli" "Kəpəz"ə qalib gəlib
Misli Premyer Liqasının IX turunda "Kəpəz" "İmişli" ilə qarşılaşıb.
Crossmedia.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən oyun qonaqların böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0.
İmişli kollektivinin qollarını Luis Silvestr (45+3), Dioqo Almeyda (60) və Rafael Vieqaş (83) vurublar.
Qərb təmsilçisinin heyətində qapıçı Məmməd Hüseynov 28-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
Jorj Kaşkilyanın rəhbərlik etdiyi "İmişli" 12 xalla turnir cədvəlində 7-ci sıradadır. 3 xalı olan "Kəpəz" isə sonuncu - 12-cidir.
Qeyd edək ki, turun açılış oyununda "Turan Tovuz" səfərdə "Karvan-Yevlax"ı 2:1 hesabı ilə məğlub edib. IX tura oktyabrın 26-da yekun vurulacaq.
18:57 24.10.2025
Oxunuş sayı: 746