Azərbaycan Basketbol Liqası: "Sabah" "Gəncə"ni məğlub edib
Azərbaycan Basketbol Liqasının IV turunda "Sabah" "Gəncə" ilə qarşılaşıb.
Crossmedia.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən matç "bayquşlar"ın 87:68 hesablı qələbəsi ilə bitib.
"Sabah" A qrupunda 8 xalla liderdir. Rəqiblərindən bir oyun az keçirən bölgə təmsilçisi 4 xalla üçüncüdür.
Qeyd edək ki, IV tura oktyabrın 26-da yekun vurulacaq.
21:08 23.10.2025
Oxunuş sayı: 1209