Çempionlar Liqası: "Qarabağ" "Atletik" səfərində hesabı açıb - Yenilənib

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununda səfərdə "Atletik" (Bilbao, İspaniya) ilə qarşılaşıb.
Crossmediaz.-ın məlumatına görə, "San Mames" stadionunda reallaşan matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
22:35
UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun "Atletik" (Bilbao, İspaniya) - "Qarabağ" oyununda dördüncü qol vurulub.
Crossmedia.az-ın məlumatına görə, "San Mames" stadionunda keçirilən matçda meydan sahibləri hesabdakı üstünlüklərini bir qədər də möhkəmləndiriblər.
88-ci dəqiqədə Qorka Quruseta dubl müəllifi olub.
22:19
UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun "Atletik" (Bilbao, İspaniya) - "Qarabağ" oyununda üçüncü qol vurulub.
Crossmedia.az-ın məlumatına görə, "San Mames" stadionunda keçirilən matçda meydan sahibləri hesabda irəli çıxıblar - 2:1.
70-ci dəqiqədə Robert Navarro fərqlənib.
21:52
UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun "Atletik" (Bilbao, İspaniya) - "Qarabağ" oyununda ikinci hissə başlayıb.
Crossmedia.az-ın məlumatına görə, "San Mames" stadionunda keçirilən matçda tərəflər hərəyə 1 dəfə fərqləniblər.
Qarşılaşmanı Xorvatiyadan olan FIFA referisi İqor Payaç idarə edir.
21:38
UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun "Atletik" (Bilbao, İspaniya) - "Qarabağ" oyununda ilk hissə başa çatıb.
Crossmedia.az-ın məlumatına görə, "San Mames" stadionunda keçirilən matçda tərəflər hərəyə 1 dəfə fərqləniblər.
Qarşılaşmanı Xorvatiyadan olan FIFA referisi İqor Payaç idarə edir.
21:32
UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun "Atletik" (Bilbao, İspaniya) - "Qarabağ" oyununda hesab bərabərləşib.
Crossmedia.az-ın məlumatına görə, "San Mames" stadionunda keçirilən matçda qonaqlar "status-kvo"nu bərpa edib - 1:1.
40-cı dəqiqədə Qorka Quruseta adını tabloya yazdırıb.
20:53
UEFA Çempionlar Liqasının əsas mərhələsinin IIII turunun "Atletik" (Bilbao, İspaniya) - "Qarabağ" oyununda hesab açılıb.
Crossmedia.az-ın məlumatına görə, "San Mames" stadionunda keçirilən matçda qonaqlar hesabı açıblar.
1-ci dəqiqədə Leandro Andrade fərqlənib.
20:51
İspaniyada "Atletik" (Bilbao) və "Qarabağ" komandaları arasında təşkil olunan UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyunu başlayıb.
Crossmedia.az xəbər verir ki, matç "San Mames" stadionunda keçirilir.
Qarşılaşmanı Xorvatiyadan olan FIFA referisi İqor Payaç idarə edir.
20:47
İspaniyada "Atletik" (Bilbao) və "Qarabağ" komandaları arasında təşkil olunan UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyunu başlayıb.
Crossmedia.az-ın məlumatına görə, matç "San Mames" stadionunda keçirilir.
Qarşılaşmanı Xorvatiyadan olan FIFA referisi İqor Payaç idarə edir.
22:40 22.10.2025
Oxunuş sayı: 2004