Azərbaycanda qeyri-neft-qaz sektoru üzrə büdcə daxilolmaları 462 milyon manat artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinə qeyri-neft-qaz sektoru üzrə daxilolmalar 14,993 milyard manat təşkil edib.
Crossmedia.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 462,3 milyon manat və ya 3,2% çoxdur.
Hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə daxilolmaların 61,1%-i və ya 9,167 milyard manatı vergi orqanlarının xətti ilə, 31,7%-i və ya 4,748 milyard manatı gömrük orqanlarının xətti ilə, 3,2%-i və ya 480,2 milyon manatı dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən, 3,8%-i və ya 563,1 milyon manatı sair daxilomaları, 0,2%-i və ya 34,5 milyon manatı dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların payına düşüb.
15:40 22.10.2025
Oxunuş sayı: 740