Rusiya ABŞ-a göndərdiyi məxfi notada Ukrayna ilə sülh şərtlərini təkrarlayıb

Rusiya həftəsonu ABŞ-a göndərdiyi məxfi notada Ukrayna ilə sülh razılaşması üçün əvvəlki şərtlərini təkrarlayıb.
Crossmedia.az xəbər verir ki, bunu iki Amerika rəsmisi bildiriblər.
Onlardan birinə görə, “qeyri-kağız” (qeyri-rəsmi diplomatik memorandum) kimi tanınan sənəddə Moskva Rusiyanın bütün Donbas bölgəsi üzərində nəzarətin yaradılması tələbini təkrarlayıb.
Bu mövqe faktiki olaraq ABŞ Prezidenti Donald Trampın mövcud mövqelərdə cəbhə xəttinin dondurulmasını tələb edən hazırkı yanaşmasının rəddini ifadə edir.
11:59 22.10.2025
Oxunuş sayı: 823