ABŞ dövlət katibi İraqda İranın dəstəklədiyi silahlı birləşmələrin tərksilah edilməsini vacib hesab edir

ABŞ dövlət katibi Marko Rubio ilə İraqın baş naziri Məhəmməd Şia əl-Sudani arasında telefon danışığı zamanı Rubio İraqın suverenliyinə xələl gətirən, amerikalıların və iraqlıların həyat və mənafelərini təhdid edən və İranın sərvətlərinin yenidən talan edilməsi üçün Tehranın dəstəklədiyi silahlı birləşmələrin tərksilah edilməsinin vacibliyini vurğulayıb.
Crossmedia.az xəbər verir ki, bunu İraqlı jurnalist Steven Nabil bildirib.
"Hər şey aydınlaşır, İraqda bu qrupların gələcəyi yoxdur", - Rubio əlavə edib.
11:43 22.10.2025
Oxunuş sayı: 625