Moskva Ermənistanın daxili siyasi proseslərinə neytral münasibət göstərir

Moskva Ermənistanın daxili siyasi proseslərinə qarşı neytrallıq nümayiş etdirir və müdaxilədən imtina edir.
Bu barədə Crossmedia.az “Qraparak” qəzetinin Rusiya hakimiyyətinə yaxın mənbələrdən aldığı xəbərə istinadən məlumat verir.
Kreml artıq Ermənistana siyasi emissarlar göndərmir, həmçinin ölkəni tərk etmiş və Rusiyadan “razılıq” gözləyən erməni siyasətçilərinə əməkdaşlıqdan diplomatik formada imtina edilir.
Bundan əvvəl “Qraparak” yazmışdı ki, Moskva seçkilər ərəfəsində Ermənistan siyasi qüvvələrinin maliyyə dəstəyi ilə bağlı müraciətlərini də rədd edib.
Beləliklə, Rusiya hazırda Ermənistanın daxili siyasi proseslərinə qarışmamaq və münasibətlərdə neytral mövqe saxlamaq siyasətinə üstünlük verir.
Mehriban İbrahimli
14:19 15.10.2025
Oxunuş sayı: 987