Ermənistan dünyada qəzəb səviyyəsi ən yüksək olan 10 ölkədən biri olub

Ermənistan dünyada qəzəb səviyyəsinin ən yüksək olduğu 10 ölkə sırasına daxil edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə beynəlxalq tədqiqat mərkəzi Gallup tərəfindən hazırlanan “2025-ci ildə dünyada emosional sağlamlığın vəziyyəti” adlı hesabatda qeyd olunub.
Məlumata görə, qəzəb səviyyəsi Çad, İordaniya, Ermənistan, Şimali Kipr, Syerra-Leone və İraq kimi ölkə və regionlarda daha yüksək qeydə alınıb. Bu, həmin yerlərdə davam edən silahlı münaqişələr, müharibələr və ya siyasi-iqtisadi sabitliyin pozulması ilə əlaqələndirilir.
Hesabat Gallup World Poll tərəfindən 144 ölkə və regionda keçirilən 145 mindən çox sorğunun nəticələrinə əsaslanır. Tədqiqatda emosiyalar, sülh və sağlamlıq arasındakı əlaqə ilk dəfə geniş şəkildə təhlil edilib.
Türkan Kərimli
14:15 15.10.2025
Oxunuş sayı: 956