Ermənistanda ruhani həbs olunub

Araqatsotn yeparxiyasının rəhbərinin evində axtarış aparılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə erməni keşiş Ter Yesayi Artenyan bildirib.
“Salmosavankın ruhani rəhbəri keşiş Ter Paren Arakelyan həbs olunub, Araqatsotn yeparxiyasının rəhbəri yepiskop Mkrtiç Proşyanın evində axtarış aparılıb”,- deyə o qeyd edib.
“MediaHub” nəşrinin məlumatına görə, erməni keşiş Ter Paren Arakelyanı ağır cinayətlər şöbəsinə aparıblar.
Qeyd edək ki, Araqatsotni yeparxiyasının rəhbəri Ermənistanın katolikosunun bacısının oğludur. Daha əvvəl H1 telekanalının efirində Ter Aram bəyan etmişdi ki, mitinqlərdə yuxarının göstərişi ilə iştirak edib. Erməni katolikos II Qareginin bacısının oğlu, Araqatsotn yeparxiyasının rəhbəri yepiskop Ter Mkrtiç Proşyan onu ittiham edib ki, Ter Aram öz ruhani xidməti ilə problemlər yaradıb. Proşyan onu kilsə sıralarından kənarlaşdırmaqla hədələyib. Bu, 2021-ci ildə baş verib, o vaxt Ermənistan baş nazirinin həyat yoldaşı Anna Hakobyan ev xeyir-duası mərasimi təşkil etmək məqsədilə ona zəng etmişdi.
Xatırladaq ki, Ter Aramın sentyabrın 16-da İctimai Televiziyanın studiyasında verdiyi 2021-ci ildə müxalifətin aksiyalarında öz istəyi ilə iştirak etmədiyi ilə bağlı bəyanat Ermənistan Baş Prokurorluğuna göndərilib, daha sonra isə qeyd edilən halların araşdırılması məqsədilə Ermənistan Cinayət Polisi Baş İdarəsinin İrəvan şəhər idarəsinə ötürülüb.
13:43 15.10.2025
Oxunuş sayı: 928