KİV: Xameneyi Trampın prezidentliyinin sonuna qədər sağ qalmağa çalışır

İranın ali rəhbəri Əli Xameneyi ABŞ prezidenti Donald Trampın siyasətinə uyğun olaraq qarşıdakı illəri “ikili strategiya” ilə keçirməyə çalışır.
Crossmedia.az xəbər verir ki, bu barədə "Foreign Policy" jurnalını yazıb.
Bu strategiya “yuxarıda birlik, aşağıda isə repressiya” prinsipi əsasında daxili sabitliyi qorumağa və xarici təzyiqlərə dözməyə yönəlib.
Jurnal yazır ki, Xameneyi üçün əsas məsələ hakimiyyətin daxili etirazları nəzarətdə saxlamaq və geosiyasi mənzərənin dəyişməsini gözləməkdir. Bu yolla Tehran beynəlxalq təzyiqlər qarşısında dirəniş göstərməyə ümid edir.
Hesabatda, habelə, BMT-nin sanksiyalarının bərpası və iqtisadi çətinliklərə də toxunulub. “Tətik mexanizmi” çərçivəsində BMT-nin İrana qarşı əvvəlki bütün sanksiyaları yenidən qüvvəyə minib. Bu, həm diplomatik uğursuzluq, həm də iqtisadi durumun daha da pisləşməsi kimi dəyərləndirilir.
13:37 15.10.2025
Oxunuş sayı: 890