Vətəndaşlarımızın tibbi xidmətləri xarici ölkələrdə axtarmasını istəmirik - TƏBİB rəsmisi

TƏBİB olaraq ilk hədəfimiz vətəndaşlarımıza tibbi xidmətin keyfiyyətli və əlçatan olmasını təmin etməkdir. Tibbi xidmətləri vətəndaşlarımızın xaricdə axtarmasını istəmirik.
Crossmedia.az xəbər verir ki, bu fikirləri TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Murad Mirzəyev “Azərbaycan Sağlamlıq Turizmi Konfransı" çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O, qeyd edib ki, bu səbəbdən xəstəxanaların maddi-texniki bazası, infrastrukturu olduqca yaxşılaşdırılıb.
TƏBİB rəsmisi bildirib ki, bununla yanaşı Dövlət Turizm Agentliyi ilə birgə strategiya hazırlanıb.
“Hədəf ölkələri araşdırmışıq. Növbəti ilin mart ayından hədəf ölkələrdən bir qrup med agent və tur operatorlar ölkəmizə dəvət olunacaqlar”.
12:04 15.10.2025
Oxunuş sayı: 639