Ermənistanda daha bir din xadimi saxlanılıb

Ermənistanda hüquq-mühafizə orqanları tərəfindən daha bir din xadimi – keşiş Paren saxlanılıb. Məlumatı Eçmiədzin informasiya sisteminin rəhbəri, keşiş Yesai Artenyan mediaya açıqlayıb.
Crossmedia.az erməni mətbuatına istinadən xəbər verir ki, Artenyanın sözlərinə görə, bundan əvvəl Araqatsotn yeparxiyasının rəhbəri, yepiskop Mkrtich Proşyanın evində axtarış aparılıb. Bildirilir ki, yepiskop istintaq şöbəsinə aparılıb.
Erməni mətbuatı yazır ki, yepiskop Mkrtich Proşyan bütün ermənilərin katolikosu II Qareginin qardaşı oğludur.
Sevinc Yarməmmədova
11:30 15.10.2025
Oxunuş sayı: 1690