NATO Türkiyənin “MEROPS” sistemini Polşa və Rumıniyada yerləşdirəcək

NATO Türkiyə istehsalı olan “Merops” (MEROPS, Multispectral Extended Range Optical Sight) müşahidə sistemlərini Polşa və Rumıniya ərazilərində yerləşdirməyə qərar verib.
Crossmedia.az xəbər verir ki, məqsəd alyans üzvlərinin hava məkanını Rusiya dronları və aviasiyasından qorumağın gücləndirilməsidir.
“MEROPS” sistemi Aselsan şirkəti tərəfindən hazırlanıb. Kompleks helikopterlər və pilotsuz uçuş aparatlarına quraşdırılır, bulud və toz şəraitində də işləyə bilir İlk dəfə 2022-ci ildə təqdim olunub.
Məlumata görə, yerləşdirmə əməliyyat xarakterli, qısamüddətli olacaq. İlk mərhələdə komplekslərin yerləşdirilməsi və qəbul edən ölkələrin texniki heyətinin təlimi nəzərdə tutulub.
10:36 25.09.2025
Oxunuş sayı: 3152