İran və Rusiya kiçik AES tikintisinə dair memorandum imzalayıb

IRNA xəbər verir ki, bu gün Tehran və Moskva arasında İranda kiçik atom elektrik stansiyalarının tikintisi ilə bağlı Anlaşma Memorandumu imzalanıb.
Crossmedia.az xəbər verir ki, sənədə İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami ilə “Rosatom”un baş direktoru Aleksey Lixaçevin Moskvada keçirilən görüşündə imza atılıb.
Görüşdə, tərəflər cari layihələrin gedişatını və nüvə enerjisinin “dinc məqsədlərlə” istifadəsini müzakirə ediblər. Memorandumda, bu strateji layihənin həyata keçirilməsi üçün konkret addımlar və əməkdaşlıq prinsipləri müəyyənləşdirilib.
10:13 25.09.2025
Oxunuş sayı: 2503