Böyük Britaniyada anbarlarda partlayış baş verib

Böyük Britaniyanın Suindon şəhərindəki anbarlarda güclü partlayış baş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Sky News" nəşri məlumat verib.
Yanğın Groundwell Sənaye Məhəlləsindəki sənaye anbarlarını bürüyüb, yaxınlıqdakı evlər şok dalğasından titrəyib. Hadisə ilə əlaqədar yüzlərlə zərər çəkmiş ərazidən təxliyə edilib.
10:00 25.09.2025
Oxunuş sayı: 3109