Naxçıvan teatrının aktyoru beynəlxalq festivalda "Ən yaxşı kişi rolu" mükafatını qazanıb

Cəlil Məmmədquluzadə adına Naxçıvan
Dövlət Milli Dram Teatrında hazırlanan Balaxan Nəzərlinin "Gəmi
batır" adlı monotamaşası Türkiyənin Van şəhərində keçirilən II Van
Beynəlxalq Monotamaşalar Festivalında təqdim olunub.
Crossmedia.az xəbər verir ki, sentyabrın 15-dən 21-dək davam edən festivalda
Azərbaycan, Türkiyə və İrandan kollektivlər iştirak ediblər. Tədbirdə teatrın
aktyoru və rejissoru Səməd Canbaxşiyev "Ən yaxşı kişi rolu"
mükafatına layiq görülüb.
İzləyicilərin
maraqla qarşıladığı tamaşada müəllim obrazını canlandıran aktyor, təsadüfən yük
gəmisində iş tapan, lakin dənizçilik qaydalarını bilmədiyi üçün ilk fırtınada
çətinliklər yaşayan insanın duyğularını ustalıqla təqdim edib.
Monotamaşa
Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən monotamaşalar müsabiqəsi üçün
hazırlanıb. "Gəmi batır"ın ilk premyerası isə məhz Vanda baş tutub.
22:20 24.09.2025
Oxunuş sayı: 858