Bu qəsəbədə qaz olmayacaq - XƏBƏRDARLIQ

Şağan qəsəbəsinə təbii qazın verilişində müvəqqəti fasilə yaranacaq. Bu barədə Azəriqaz İB məlumat yayıb.
Bildirilib ki, Şağan qəsəbəsini təbii qazla təmin edən diametri 325 mm-lik orta təzyiqli qaz kəmərinin dayaqlar üzərinə qaldırılması məqsədilə 19.09.2025-ci il tarixdə saat 10:00-dan işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.
"Həmin müddət ərzində Şağan qəsəbəsinə təbii qazın verilişində məhdudiyyət olacaq",- əlavə edilib.
16:59 18.09.2025
Oxunuş sayı: 613