KİV: Hindistan hərbi təlimlərdə iştirak etməklə "qırmızı xətti keçdi"
Hindistan Rusiya və Belarusun birgə keçirdiyi “Qərb-2025” hərbi təlimlərinə qatılmaqla “qırmızı xətləri keçib”.
Crossmedia.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Times" qəzeti məlumat yayıb.
Məlumata görə, Hindistanın Baş naziri Narendra Modi hərbçilərə təlimlərdə iştirak göstərişi verib. Belə ki, təlimlər NATO-ya qonşu ölkələrlə münaqişə ssenarisini simulyasiya edir və bu addım Nyu-Dehli ilə Vaşinqton arasında münasibətlərin gərginləşdiyi bir dövrə təsadüf edir.
Hindistan Müdafiə Nazirliyi təsdiqləyib ki, ölkə bu məqsədlə 65 hərbçi, o cümlədən nüfuzlu Kumaon polkunun döyüşçülərini Rusiyaya göndərib. Onlar hazırda Nijni Novqorod vilayətindəki Mulino poliqonunda yerləşdiriliblər. Nazirlik bildirib ki, hərbçilərin NATO ölkələrinin sərhədlərindən uzaqda yerləşməsi xüsusi olaraq nəzərə alınıb.
Nyu-Dehli rəsmi açıqlamasında Hindistanın təlimlərdə iştirakının məqsədini belə izah edib: “Bu, Hindistan və Rusiya arasında müdafiə sahəsində əməkdaşlığı möhkəmləndirmək və qarşılıqlı etimad ruhunu gücləndirmək üçündür”.
09:30 16.09.2025
Oxunuş sayı: 4629