Çin Avropanı ABŞ xəttindən çəkindirmək imkanlarına malikdir

Çin, Avropa İttifaqının ABŞ-ın tarif siyasətini dəstəkləməsinin qarşısını almaq üçün mühüm təsir rıçaqlarına sahibdir.
Crossmedia.az xəbər verir ki, analitiklərin fikrincə, Almaniyanın avtomobil istehsalçıları, Fransanın lüks brendləri və aviasiya nəhəngləri Çin bazarından ciddi asılıdır və Pekin 100%-lik tariflərin tətbiqi halında bu bazarı bağlamaqla təzyiq göstərə bilər.
Bundan əlavə, Aİ ümumilikdə azad ticarət rejiminin qorunmasında maraqlı görünür. Çin həmçinin bəzi Aİ ölkələrinin dəstəyinə arxalana bilər. Xüsusilə Macarıstanın baş naziri Viktor Orban və Slovakiyanın baş naziri Robert Fico Pekinlə yaxın münasibətləri ilə seçilir. Qeyd edək ki, Fico sentyabrın 3-də Çində keçirilən hərbi paradda iştirak edən 26 lider arasında olub.
Digər tərəfdən, ABŞ məsuliyyəti üzərindən atmaq üçün Çin və Hindistana tarif tətbiqinə çağırır. Müşahidəçilərin fikrincə, Donald Tramp Rusiyaya qarşı sanksiyalara getmək istəmir və məsələni Avropaya yönləndirməklə bəhanə yaradır: Avropa tətbiq etmədiyi üçün biz də etmirik.
23:22 15.09.2025
Oxunuş sayı: 832