Buraxılış və Azərbaycan dili imtahanının nəticələri elan olunub

Sentyabrın 7-də cari ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün keçirilən imtahanının, eyni zamanda Azərbaycan dili (dövlət dili kimi) imtahanının nəticələri elan olunub.
Crossmedia.az
xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Məlumata görə, imtahanda
iştirak edən şagirdlər bu linkə daxil olaraq iş nömrəsi (8 rəqəmli şagird kodu)
və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə
öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər.
Azərbaycan
dili (dövlət dili kimi) imtahanının iştirakçıları isə buradan imtahan nəticələrini
öyrənə bilərlər.
İmtahan
nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası
fəaliyyət göstərəcək.
Apellyasiya
Komissiyasına müraciət etmək istəyənlər 15 sentyabr saat 10:00-dan 16 sentyabr
saat 17:00‑dək DİM-in saytında yerləşdiriləcək
elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.
Göstərilən
müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına
müraciət edə bilməyəcəklər.
17:26 12.09.2025
Oxunuş sayı: 1105