Fələstin dövləti olmayacaq - Netanyahu

“Biz verdiyimiz sözü yerinə yetirəcəyik: Fələstin dövləti olmayacaq, bu torpaq bizə məxsusdur”.
Crossmedia.az xəbər verir ki, bunu İsrailin Baş naziri Qüdsün şərqində yerləşən Maale Adumim yaşayış məntəqəsində, işğal olunmuş İordan çayının qərb sahilində böyük tikinti layihəsinin imzalanma mərasimində bildirib.
“Biz irsimizi, torpağımızı və təhlükəsizliyimizi qoruyacağıq… Şəhərin əhalisini ikiqat artırmağı planlaşdırırıq” – deyə Baş nazir əlavə edib. Onun çıxışı ofisi tərəfindən canlı yayımla təqdim olunub.
Qüds ilə Maale Adumim arasında yerləşən, təxminən 12 km²-lik E1 sahəsində tikinti layihəsi uzun illərdir beynəlxalq müqavimətlə üzləşir. Ötən ay İsrailin ultrasağçı partiyasından maliyyə naziri Betsalel Smotriç bu ərazidə təxminən 3400 evin tikilməsi planlarını dəstəkləmişdi.
16:01 12.09.2025
Oxunuş sayı: 1179