Ermənistan prezidenti: Konkret olaraq bu anda konstitusiya ilə bağlı heç bir referendum olmayacaq

“Ümumiyyətlə, hakimiyyət konstitusiyanı bütün bu hadisələrdən əvvəl dəyişmək istəyirdi. Mən 2018-ci ildən sonra gəlmiş hakimiyyəti nəzərdə tuturam”.
Crossmedia.az-ın məlumatına görə, bunu “RTVI Novosti”yə verdiyi müsahibədə Ermənistan prezidenti Vaaqn Xaçaturyan deyib.
“Elə dərhal ondan sonra bununla bağlı söhbət açıldı və hətta komissiya yaradıldı. İnsanlar işləməyə, müzakirə etməyə başladılar. Bu, sülh müqaviləsi ilə bağlı deyil. Onsuz da biz sadəcə olaraq konstitusiyanı dəyişməli idik, çünki hazırda işlədiyimiz konstitusiya bir şəxsin ideyası əsasında yaradılıb: Baş nazir olmalı olam Baş nazir”, - deyə o vurğulayıb və söhbətin Ermənistanın üçüncü prezidenti Serj Sarkisyandan getdiyini qeyd edib.
Xaçatryan bildirib ki, Ermənistanın bu konstitusiyasında hakimiyyət strukturlarının balansı pozulub və buna görə də o dəyişdirilməli idi.
Ermənistan prezidenti izah edib ki, konstitusiya bu günə qədər sonrakı hadisələrə görə dəyişdirilməyib.
“Çünki 2020-ci ildə müharibə idi, sonra isə baş verən hadisələr var idi. Yəni vaxt olmayıb. 2021-ci ildə növbədənkənar seçkilər idi. Bu, İlham Əliyevin tələblərinə aid deyil”, - deyə Xaçatryan bildirib.
Eyni zamanda, Ermənistan prezidenti vurğulayıb ki, mövcud konstitusiya Azərbaycanla sülh müqaviləsinin imzalanmasına mane olmur.
O xatırladıb ki, Ermənistan Konstitusiya Məhkəməsi də oxşar nəticəyə gəlib.
Ermənistan prezidenti qeyd edib ki, konkret olaraq bu anda konstitusiya ilə bağlı heç bir referendum olmayacaq.
“İndi heç bir referendum olmayacaq. Biz indi seçkilərə gedirik. Gələn il iyun ayında bizdə seçkilər keçiriləcək”, - deyə o bildirib.
Xaçatryan əlavə edib ki, Ermənistan Azərbaycanı konstitusiyanın sülh müqaviləsinin imzalanmasına mane olmadığına inandıracaq.
09:56 12.09.2025
Oxunuş sayı: 1065