"Neftçi" Qubada keçirilən II "Ulduz Cup" beynəlxalq turnirinin qalibi olub

Gənclər və İdman Nazirliyi, AFFA və "Ulduz" Futbol Akademiyasının birgə təşkilatçılığı ilə Qubada 12 yaşadək futbolçular arasında keçirilən II "Ulduz Cup" beynəlxalq turnirinin qalibi müəyyənləşib.
Crossmedia.az
xəbər verir ki, yarışın son günündə ilk olaraq üçüncü yer uğrunda görüş
keçirilib.
Gərgin
mübarizə şəraitində keçən oyunda Gürcüstan təmsilçisi "Dinamo"
(Tbilisi) "Sabah" klubunu penaltilər seriyasında məğlub edərək bürünc
medala sahib çıxıb.
Final
matçında isə "Neftçi" Özbəkistanın "Paxtakor" kollektivindən
güclü olub. Əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşan qarşılaşmada qalib
penaltilər seriyasında bəlli olub. Burada daha dəqiq oynayan (5:4)
"ağ-qaralar" turnirin qalibi olublar.
Yekunda
fərdi nominasiyalar üzrə qaliblər də müəyyənləşib. Ən yaxşı oyunçu Umarali
Haydarov ("Paxtakor"), ən məhsuldar oyunçu Əli Hüseynli
("Sabah"), ən yaxşı qapıçı isə Elmar Abbaslı ("Neftçi")
seçilib.
Qeyd
edək, ikinci dəfə təşkil olunan yarışda 7 ölkədən 12 komanda mübarizə aparıb.
19:51 28.08.2025
Oxunuş sayı: 736